Dövriyyədə saxta metal pul var? - Rəsmi CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda dövriyyədə olan metal pulların paslanmasının, qaralmasının şahidi oluruq.
Rəsmi qurumlar metal pulların saxtalaşdırılmasının mümkün olmadığını bildirsələr də, bəzi ekspertlər metal pulun paslanmasını saxta olması ilə əlaqələndirirlər.
Hətta saxta metal pulların, xüsusilə də 20 qəpik və 50 qəpiklərin Azərbaycana Çindən gətirildiyini iddia edirlər.
Bu yaxınlarda Çindən Azərbaycana 2 konteyner saxta 50 qəpiklik pulun gətirilməsi məlumatı daxil olsa da, rəsmilər tərəfindən təsdiqlənmədiyindən məlumat ictimailəşdirilmədi.
Bəs, rəsmi qurumlar 50 qəpiklik metal pulların paslanması, yaxid qaralması məsələsinə nə deyir?
Qeyd edək ki, hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunub.
Yan tərəfləri fərdi üsulla hazırlanan 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli-qızılı və gümüşü rəngdədir.
2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi 25,5 mm, çəkisi isə 7,7 qramdır.
Milli.Az xəbər verir ki, Mərkəzi Bankın mətbuat xidmətindən məsələ ilə bağlı modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünya təcrübəsinə uyğun olaraq tədavüldə təmiz pul siyasəti həyata keçirilir:

"Bu çərçivədə tədavülə yararsız olan pul nişanları dövriyyədən çıxarılaraq yeniləri ilə əvəzlənir. Bununla belə, təcrübə göstərir ki, dövriyyədə uzun müddət qalan metal pul nişanlarının saxlanılma şəraitindən asılı olaraq (yüksək rütubətlilik, dəyişkən temperatur və s.) paslanması deyil, qaralması mümkündür. Bu cür hallarda həmin pul nişanlarının ölkədə fəaliyyət göstərən kommersiya banklarında və eləcə də Mərkəzi Bankın kassalarında dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi mümkündür".
Pul nişanlarının saxtalaşdırılmasına gəldikdə baş bankdan bildirilib ki, indiyədək metal pullar saxtalaşdırılmayıb:
"Azərbaycan metal pul nişanları beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə hazırlanır və kağız pul nişanlarımız da analoji olaraq xüsusi təhlükəsizlik sisteminə malikdir. Buna görə də tədavülə buraxılmasından 14 il müddət keçməsinə baxmayaraq, metal pulların saxtalaşdırılması halı mövcud olmayıb.
Bununla belə, Mərkəzi Bank milli pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni daim diqqət mərkəzində saxlayır:
Hüquq mühafizə orqanları ilə koordinasiya edilmiş fəaliyyət nəticəsində dərhal müvafiq tədbirlər həyata keçirilir".
Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiqi cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında Qanununa əsasən pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir. Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir.
Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)





