Ölkə

Azərbaycan əhalisinin ötən ay əldə etdiyi gəlirin məbləği açıqlandı

19 Fevral 2020 16:43
1 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əhalisinin ötən ay ərzində əldə etdiyi gəlirin məbləği açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4 milyard 057,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3685,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.

2020-ci ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 817,6 milyon manat olub.

Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 82,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.