Ölkə

Orxan Məmmədov: "Ölkədəki iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

18 Fevral 2020 12:02
Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədəki iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib və Azərbaycan bu sahədə kifayət qədər uğur qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov USAID və KOBİA-nın birgə biznes-sammitində deyib. O bildirib ki, kiçik və orta biznes hər zaman ölkə iqtisadiyyatının inkişafında vacib rol oynayıb:

"Azərbaycan biznesin inkişafı barədə son hesabatda 25-ci yeri tutub və daha çox islahatçı ölkələr sırasında yer alıb".

O.Məmmədov əlavə edib ki, ümumi daxili məhsulda, məşğulluqda və ixracda kiçik və orta biznesin payının artması strateji hədəfdir:

"2025-ci ilədək kiçik və orta biznesin ÜDM-də payını 60 faizə, məşğulluqda 70 faizə, ixracda 40 faizədək çatdırmaq planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.