Ölkə

Bakıda "protiv" gedən "Prado"nun avtobusla dəhşətli toqquşma anı - VİDEO

13 Fevral 2020 18:19
3 Şərh     Baxış: 3 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, gecə saatlarında əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücünün başı mobil telefona qarışdığı üçün qarşıdan gələn avtobusu görmür. Nəticədə dəhşətli qəza hadisəsi baş verir. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son vaxtlar qəzaların 70 faizi sürücü diqqətsizliyindən baş verir. "Sürücülərə tövsiyə edirik ki, sükan arxasında maksimum dərəcədə diqqətli olsunlar. Mobil telefondan istifadə etməsinlər. Eyni zamanda, sərnişinlər də müxtəlif vasitələrlə sürücünün diqqətini yayındırmasınlar. Bütün bunlar ilk növbədə siz sürücülərin və sərnişinlərin həyatı üçün təhlükəlidir."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.