Ölkə

Üç erməni idmançını məğlub edən Bakı məktəblisi

13 Fevral 2020 18:44
1 Şərh     Baxış: 1 349
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.