Ölkə

Daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

13 Fevral 2020 09:24
4 Şərh     Baxış: 2 827

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiBakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 1 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    12345 · 13 Fevral 09:4520

    Yalandı o ayrılmiw xestexana Bakıda deyil.!

    Cavab yaz
    • Anonim
      Xoruz baba · 13 Fevral 11:0710

      Harada olur olsun, təki müalicə edə bilsinlər.

      Cavab yaz
  • Anonim
    El qizi · 13 Fevral 18:5820

    Buraxmasinlar da bura zibili getirib salacaqlare canimiza

    Cavab yaz
  • Anonim
    TT · 13 Fevral 19:1220

    Gecdiye buraxıblar uje! Çinlilər gəliblər batutda tullanmağa. Necə olure çində oxuyan Azərbaycanlı burda 14-gün karantində qalır amma bunlar bir başa şəhərə? Qorxaqlıqdan əl çəkində!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.