Ölkə

Koronavirusla bağlı xəstəxanaya yerləşdirilən daha 4 nəfər evə buraxıldı

7 Fevral 2020 09:48
0 Şərh     Baxış: 1 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən şəxslər barədə məlumat yayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində hazırda 3 nəfər var: "Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.