Ölkə

"Cənnət Park"dakı binada bir qadın yanğından xilas edilib, 15 nəfər təxliyə olunub

6 Fevral 2020 16:16
0 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu ərazisindəki "Cənnət Park" Yaşayış Kompleksində baş verən yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə kompleks ərazisindəki 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı yaşayış binasında baş verib. Hadisə nəticəsində mənzilin 2 otağı yanar konstruksiları ilə birlidə yanıb. Fövqəladə Hallar Nazirliyinin canlı qsvvə və texnikaları əraziyə cəlb edilib. Hadisə nəticəsində yanan mənzildən bir qadın xilas edilərək aidiyyəti üzrə təcili yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğının qarşısı tam alınıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Abşeron rayonunun Aşağı Qüzdək qəsəbəsindəki "Cənnət Park" yaşayış kompleksində yanğın olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.