Ölkə

Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır

4 Fevral 2020 10:59
0 Şərh     Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.