Ölkə

Bakı metrosunda gözdən əlillər üçün taktik plitələr döşənməsinə başlandı

30 Yanvar 2020 13:04
0 Şərh     Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Metropoliteninin stansiyalarında taktik plitələri döşənir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".

Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq "Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktik plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.