Ölkə

"Ləhiş bağları"na qaz verilib - FOTO

29 Yanvar 2020 18:59
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonu Maştağa qəsəbəsi "Ləhiş bağları" adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına 2019-cu ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 17-də qaz açılışları baş tutub, digər 5 massivdə tamamlanma işləri aparılır və yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.