Ölkə

Ağsu Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu

27 Yanvar 2020 11:37
1 Şərh     Baxış: 1 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Milli.Az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Kərimli Füzuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Orucov Mirqubat Oruc oğlu isə İcra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin ediliblər.

Xatırladaq ki, bu vəzifəyə qədər Füzuli Kərimov İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Mirqubat Orcov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir müddət əvvəl Ağsu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov səhhəti ilə əlaqədar, digər müavin İqbal Mikayılov isə öz xahişi ilə vəzifələrindən azad edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.