Ölkə

Bakıda sərnişin avtobusu KÖRPÜDƏN AŞDI: yaralılar var - YENİLƏNİB - FOTO

25 Yanvar 2020 10:24
1 Şərh     Baxış: 4 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:24

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, birlikdən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:

"Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzya uğrayıb.

---------
09:44

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.