Ölkə

Nazirlik: Qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur

24 Yanvar 2020 13:29
0 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklidə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, mart ayında davam edir:

"Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur.

Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanmış və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir".

U. Tağıyeva bildirib ki, bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü 2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az olub:

"2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib (2019-cu ildə 1-36 faiz)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.