Rezidenturaya qəbul, buraxılış və ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcəkdir.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcəkdir.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcəkdir.
XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.
Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.
Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.
İmtahanların qrafiki Mərkəzin saytının "təqvim" bölməsinə də əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
Bakıda bəzi ərazilər işıqsız qalacaq
-
Andrey Qnatov da işdən çıxarıldı
-
Elnarə Abdullayevaya ağır itki
-
"Fənərbağça" qalib gəldi – Çempionlar Liqasında günün nəticələri
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
Alimlərdən maraqlı kəşf - Mavi gözlü insanların SİRRİ
-
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
-
Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"
-
Günvurmadan necə qorunmaq olar?
-
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı





