Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsmayıllı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 17-də, saat 23 radələrində İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində naməlum şəxs tərəfindən idarə olunan avtomobillə yolu keçmək istəyən piyada - İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Asif Adıgözəlovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb.
Bildirilir ki, iş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin "VAZ 21011" markalı, 10-FB-092 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayıllı rayon sakini Elçin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
E.Məmmədov yanvarın 18-də Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bərdədə ağır qəza OLDU
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
"Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
-
Bu gecə gözünüz səmada olsun
-
Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA





