Ölkə

Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq

17 Yanvar 2020 09:19
Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək.

S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib:

"Onlar bizimlə birbaşa əməkdaşlıq edirlər. Digər 300 bələdçini də qeydiyyatdan keçirəcəyik. Bu il ərzində bütün turizm sənayesi üzrə bu işi həyata keçirməyi nəzərdə tutmuşuq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.