Ölkə

Su hövzələrinin qanunsuz ov vasitələrindən təmizlənməsi üçün növbəti reyd keçirildi - FOTO

14 Yanvar 2020 13:51
1 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Xəzər dənizinin Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, Binəqədi rayonunun Zəli gölünün ətrafında növbəti reyd keçirilib. Ərazilər balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir: "Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq. İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.