ETSN: Badamdar yolundakı sürüşmə prosesi tam başa çatmayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə prosesi tam başa çatmayıb.
Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, yanvarın 9-da Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində baş verən sürüşmə 2018-ci ildə baş verən sürüşmə kütləsinin üzərində müşahidə edilib.
Hazırda həmin sürüşmə ərazisində gərginliyin qaldığını deyən Ə.Qaralov qeyd edib ki, aktivlik qalmaqdadır: "Yəni proses tam başa çatmayıb. Son günlər ərzində yağac yağışlarla əlaqədar sürüşmə kütləsinin üzərində olan, asılı vəziyyətdə qalan torpaq kütlələrində uçqunlar, tökülmələr baş verir".
Ə.Qaralov hazırda sürüşmə ərazisində nazirliyin mütəxəssisləri tərəfindən geoloji araşdırmaların aparıldığını söyləyib.
Xatırladaq ki, Səbail rayonu, Badamdar qəsəbəsində, Badamdar şossesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib. Hadisə nəticəsində Badamdar qəsəbəsindən "20-ci sahə" istiqamətində yol bağlanıb. Ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu
-
Azərbaycan vasitəsilə Ermənistana gübrə göndəriləcək
-
Bu ay 10 gün iş OLMAYACAQ
-
“Zita və Gita” 50 il sonra - Tanınmaz HALDA - FOTO
-
Səhnədə sirr: Üzü örtülü olan Travis Scott həqiqətən o idi?- VİDEO
-
Rubionun köməkçisi Azərbaycanda səfərdədir
-
Prezident İlham Əliyev Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir - FOTO
-
İyunun ən şanslı 4 bürcü - Siyahıda siz də varsınız?
-
5-ci dəfə dünya çempionu oldular
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Pul ver, balını artırım - Yeni dələduzluq üsulu
-
Röyanın müğənni xalası qızı ağır qəzaya düşdü - VİDEO
-
İllərlə işləyənlərin gözlədiyi ŞAD XƏBƏR - Şərtlər açıqlandı
-
Atlar buna görə ağlayırmış
-
Kart ödənişlərində komissiyalara limit QOYULDU - Bu gündən
-
Neft ucuzlaşıb bu qiymətə OLDU
-
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR - VİDEO
-
Bakının bu rayonunda işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Tçuameni və Valverde barədə QƏRAR VERİLDİ
-
Hörmüz böhranı dünyanı silkələdi: Neft niyə bahalaşır?
-
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib - FOTO
-
Mətbəx şkaflarındakı yağ ləkəsini çıxarmağın ən asan yolu
-
İran ABŞ və İsraili görün necə şoka salıb





