Ölkə

Bakı-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib

3 Yanvar 2020 17:37
0 Şərh     Baxış: 1 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Volqoqrad hava limanından məlumat verilib.

Bildirilib ki, Bakı-Moskva marşrutu ilə hərəkət edən 1853 saylı "Aeroflot" reysi, 7:44-də (Volqoqrad vaxtı) sərnişinlərdən birinin halı pisləşməsi səbəbiylə Volqoqrad hava limanına təcili eniş edib.

Halı pisləşən sərnişin xəstəxanaya götürüldükdən sonra göyərtəsində 85 sərnişini olan təyyarə 8:55-də yenidən havaya qalxaraq təyinat yerinə uçub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.