Ölkə

Aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlandı

30 Dekabr 2019 21:35
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Mercedes Benz 0403" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə əməliyyat məlumatı daxil olub və həmin avtomobil nəzarətə götürülüb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz gömrük postunun inzibati binasına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük yerində olan karton qutularda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərlərində "Ballatines" yazılan 24 ədəd 1 litrlik, "Jagermaster" yazılan 1 ədəd0,5 litrlik, "Royal Park" yazılan 12 ədəd 1litrlik, "Yeni Rakı" yazılan 15 ədəd0,5 litrlik, "Yeni Rakı" yazılan 24 ədəd0,7 litrlik, "Yeni Rakı" yazılan 18 ədəd 1 litrlik və "Jameson" yazılan 5 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.