Ölkə

Milli parklarda açıq dərslər təşkil ediləcək

30 Dekabr 2019 15:58
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova deyib ki, açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub: "Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər".

Mətbuat sözçüsü qeyd edib ki, açıq dərslərin gələn ilin yanvar ayından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir: "Bu açıq dərslərə mətbuat nümayəndələri də dəvət olunacaq. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır".

Nazirlik rəsmisi onu da bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron ərazilərində yaşıllıqların olmadığı yaşayış binalarının həyətlərində sakinlərin iştirakı ilə aksiya keçirməyi planlaşdırır: "Ağacəkmə aksiyalarının keçiriləcəyi ərazilər rayon icra hakimiyyətləri ilə birgə müəyyən ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.