Ölkə

Azad Rəhimov: "Bu il 206 gənc xarici ölkələrə ezam olunub"

27 Dekabr 2019 17:05
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cari ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 27-də media nümayəndələri ilə görüşdə deyib.

Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edildiyini bildirən A.Rəhimov qeyd edib ki, 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib: "Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə "Gənclər üçün Prezident Mükafatı" təqdim olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.