Ölkə

Xırdalanda qaz olmayacaq

27 Dekabr 2019 10:32
0 Şərh     Baxış: 1 296
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.

Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.

Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.