Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15156 bələdiyyə üzvlüyünə 15154 nəfər artıq seçilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, digər iki namizədin səsi isə eynidir və onlar seçilməmiş sayılır.
MSK sədri bildirib ki, bu istiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər.
Milli.Az