Ölkə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir - FOTO

25 Dekabr 2019 16:56
Baxış: 1 588
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılımağa başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.