Ölkə

Nazirlik təcili tibbi yardımın hadisə yerinə gecikməsi barədə məlumata münasibət bildirdi

23 Dekabr 2019 12:54
Baxış: 1 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, təcili tibbi yardım avtomobilinin Nobel prospektində avtomobil qəzası baş verən əraziyə 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib.

Ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.