Ölkə

"ASAN Xidmət" xaricdə vətəndaşlara hüquqi xidmətlər göstərəcək

19 Dekabr 2019 13:02
Baxış: 2 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış saziş üzərində iş aparılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 35 milyonuncu müraciətlə əlaqədar tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu saziş xaricdə yaşayan Azərbaycan vətəndaşlarına zəruri hüquqi xidmətlərin göstərilməsini nəzərdə tutur:

"Diasporla İş üzrə Dövlət Komitəsi təqdim etdiyi Azərbaycan vətəndaşlarının yaşadığı ölkələrin siyahısına əsasən hüquqi xidmətlər göstəriləcək. Bildiyiniz kimi, daha çox azərbaycanlı Türkiyə və Rusiyada yaşayır, ona görə də xidmətlərin göstərilməsi ilk növbədə bu ölkələrdən başlayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.