Ölkə

Repetitorların məktəbi əvəz etməsi düzgün deyil - DİM sədri

18 Dekabr 2019 17:09
0 Şərh     Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Repetitorların məktəbi əvəz etməsi təbii ki, düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bunun qarşısını hər hansı qanunla almaq da mümkün deyil: "Hazırda repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur. Elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edirlər. Misal üçün, uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini öyrənmək istəyir. Bu halda repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar var. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.