Ölkə

Nazir ali məktəbə qəbuldakı qapalı tipli suallardan danışdı

18 Dekabr 2019 14:34
0 Şərh     Baxış: 2 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ali məktəblərə qəbul üçün yeni imtahan modelində də qapalı tipli suallar çoxluq təşkil edir. Amma buna baxmayaraq, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni imtahan modelində fənlərin sayında da azalma var: "Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlarda psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq".

C.Bayramov əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədənkənar qəbul olunub.

O, bu dəyişikliyin növbəti illərdə çox müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.