Ölkə

Bakıda və Abşeronda qış yarmarkaları təşkil olunacaq

18 Dekabr 2019 13:34
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı və Abşeronda bayramla əlaqədar yarmarkalar təşkil ediləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, qış yarmarkaları Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil ediləcək: "Azərbaycanlıların Dünya Həmrəyliyi və Yeni İl bayramı ilə əlaqədar dekabrın 21-dən ongünlük qış yarmarkası təşkil ediləcək. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.