Ölkə

Avtomobilin qarşısına qoyun sürüsü çıxdı, körpüdən çaya aşdı - Ölənlər var - FOTO

18 Dekabr 2019 12:19
0 Şərh     Baxış: 2 060
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lerik rayonunda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxondu kəndində qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlu "KİA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərib. Nəticədə avtomobil kənd ərazisindəki körpüdən çaya aşıb.

Hadisə zamanı sürücü M.Qurbanov və sərnişini, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə avtomobilin qarşısına qəfil qoyun sürüsünün çıxması səbəb olub.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.