Ölkə

Evlərdə ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi mexanizmi təkmilləşdiriləcək

17 Dekabr 2019 12:29
0 Şərh     Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyacı olan şəxslərə evlərində sosial işçilər tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı yeni model üzərində işləyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər tərəfindən evlərində xidmət göstərilir:

"İl ərzində nazirliyin 1000 yaxın sosial işçisi tərəfindən təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində xidmət göstərilir. Hazırda bu istiqamətə uyğun olaraq, yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.