Nazir “Sınıq körpü” və "Çıraqqala" abidələrindən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hazırda Prezidentin müvafiq sərəncamları əsasında "Sınıq körpü" və "Çıraqqala" abidələrində bərpa-konservasiya işləri aparılır. Bunlar hamısı tarixi mirasımızın xalqımıza yenidən qaytarılması, yeni həyat verilməsi üçün çox önəmlidir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycan inciləri", "Gəncə - Nizami yurdu" və "Qədim və gözəl Qarabağ" adlı kitabların təqdimat mərasimində çıxışı zamanı deyib.
Ə.Qarayev qeyd edib ki, son illər Azərbaycan xalqının mədəniyyəti haqqında cəmiyyətdə geniş müzakirələr aparılır: "Sözsüz ki, bunun arxasında Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın apardığı siyasət dayanır. Bu siyasətin nəticəsində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bunlardan biri də bu ilin ən böyük hadisələrdən biri sayılan UNESCO-nun 43-cü sessiyası oldu. Bu sessiyanın Azərbaycanda keçirilməsi çox vacibdir. Çünki bu siyahıya nominasiyaları daxil olan ölkələrin tarixində o nominasiyaların harada nə zaman daxil edildiyi qeyd olunur. Azərbaycanda 160 nominasiyaya baxıldı, onlardan 60-dan çoxunun vəziyyəti təyin olundu və 29 yeni məkan Dünya İrs Siyahısına daxil oldu. Dünyada cəmi 1121 məkan bu siyahıda yer alır. Baxmayaraq ki, cəmi 27 ildir müstəqilik, bunların içində Azərbaycandan 3 məkan da yer alır. Bu çox fərəhlidir".
Nazir bu gün təqdimatı keçirilən kitablardan danışıb: "Tariximiz, mədəniyyətimizi haqqında bu cür kitabların hazırlanması nə tək dövlətin, nə də tək özəl sektorun işidir. Bu vahid layihə əsasında ərsəyə gəlir. Bu kitablar Azərbaycan xalqının öz keçmişinə hörmət əlamətidir".
Qeyd edək ki, "Azərbaycan inciləri" adlı kitab Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi olaraq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası üçün fransız və ingilis dillərində hazırlanıb.
"Qədim və gözəl Qarabağ" kitabı 2016-cı ildə nəşr edilmiş "Qarabağ - əsirlərin salnaməsi" adlı kitaba ictimaiyyətin xüsusi marağını nəzərə alınaraq nəşr edilib.
Azərbaycanın ikinci böyük şəhəri, tarixi və mədəni irsi zəngin, bir çox dahilərin vətəni olan Gəncə haqqında - "Gəncə - Nizami yurdu" adlı kitab nəşr olunub.
Tədbirdə "Gəncə Nizami yurdu" kitabının elmi redaktoru, professor Əli Həsənov, Şuşa şəhər İcra Hakimiyyətin başçısı Bayram Səfərov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, indiyədək "Qədim qalanın yuxuları", "Qobustan - minilliklər kitabı", "Təbrizin sehrli nağılları", "Naxçıvan - Şərqin əfsanəsi", "Məftun edən şəhər", "Bakı simfoniyası", "Daş keşikçilər", "Qarabağ - əsirlərin salnaməsi" adlı kitablar nəşr olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Elşad Xosedə yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı - gecə
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)





