Ölkə

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB

12 Dekabr 2019 16:29
0 Şərh     Baxış: 2 117

UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj" komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: "Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. "Bakı Metropoiliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb. Tədbirlər planına əsasən, bu gün metronun "Gənclik" stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün "Gənclik" metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.