İcra başçısının müavini: "650 min ağacın əkilməsi təşəbbüsü Qubanın ətraf mühitinə olduqca böyük təsir göstərəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşması rayonun ətraf mühitinə olduqca böyük təsir göstərəcək".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev deyib.
A.Xudaverdiyev rayon ərazisində 5050 ağacın əkildiyini, əsasən, tuya, göyrüş, ağcaqayın ağaclarının əkilməsinə daha çox üstünlük verdildiyini söyləyib.
Onun sözlərinə görə, ağacların əkilməsi atmosferin zərərli tullantılardan təmizlənməsinə fayda verəcək.
A.Xudaverdiyev qeyd edib ki, aksiya çərçivəsində Qubanın bütün ərazisini əhatə etməklə bir çox yerlərdə ağaclar əkilib.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Bakı-Quba, Quba-Xaçmaz avtomobil yolunun ətrafında da yaşıllıq zolağı salınıb:
"Hesab edirəm ki, nəqliyyatın daha çox hərəkət etdiyi bir ərazidə - magistral yolların kənarlarında ağacların əkilməsinin olduqca böyük faydası var. Bu baxımdan Bakı-Quba, Quba-Xaçmaz avtomobil yolunun kənarında ağacların əkilməsi ətraf mühitin qorunmasına, atmosferin tullantılardan təmizlənməsinə çox müsbət təsir göstərəcək".
Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi həyata keçirilib. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilib. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olub. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
XƏBƏR LENTİ
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)





