Tələbə qızlar gecə zəhərlənib - Ölən qız nişanlı imiş - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:10
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.
--------
14:50
Xəbər verdiyimiz kimi, BDU-nun yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri ölüb, digərlərinin vəziyyəti ağırdır.
Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, zəhərlənmə halı ötən axşam müşahidə olunub. Belə ki, tələbə qızlar gecə Təcili Tibbi Yardım çağırıblar. Həkimlər zəhərlənmə olduğunu bildirərək qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr imtina ediblər. Müalicə ambulator şəraitdə davam edib.
Səhər yenidən Təcili Tibbi Yardım çağırılıb. Bu zaman artıq bir tələbənin öldüyü məlum olub.
Zəhərlənmə səbəbi, hələ ki, bəlli deyil.
Qeyd edək ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızlar huşsuz vəziyyətdə tapılıb və ağızlarından qan gəlib.
----------
14:10
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.
Səhiyyə Nazirliyindən Milli.Az-ın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.
Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
XƏBƏR LENTİ
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar





