Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dahi söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq.
Müsabiqə barədə jurnalistlərə müsahibə verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili "Nəsimi ili" elan edilməsindən sonra muzey bu ilə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib.
Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq.
Müsabiqədə Fatimə Axundzadənin "Nəsim yeli" eskizi I yer, Rühəngiz Bağırovanın "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" adlı işi II yer, Sürəyya Dadaşovanın "Göz yaşı" əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin "Facebook" səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İdeal yuxu vaxtına diqqət edin
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO
-
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna ağac aşdı
-
Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
-
Azərbaycanda məktəb direktoru vəfat edib
-
Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batdı
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT





