“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunun əsərləri dahi şair Nəsimiyə həsr olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.
Hazırda Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan olan heykəltəraşlar "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır.
Sentyabrın 30-da Heydər Əliyev Fondunu tərəfindən təşkil olunan Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək.
İranlı heykəltəraş Səid Əhmədi layihədə ilk dəfə iştirak etdiyini deyib. O da digər həmkarları kimi bu simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirəcəyi əsərlə qatılacağını qeyd edib: "Biz bu əsərləri hazırlayərkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək lazımdır. Tam gücümüzlə buna çalışırıq. Ümid edirəm ki, budəfəki simpozimum maraqlı və yaddaqalan olacaq".
Belaruslu heykəltəraş Aleksey Vrublevski bildirib ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaradacağı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. "Mən də bu tədbirə birinci dəfədir qatılıram. Bir neçə gündür birlikdə çalışırıq. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edəcək sənət əsərinin meydana gəlməsinə inanıram".
Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov çalışır ki, simpoziuma fərqli və olduqca maraqlı "Təcəlli" əsəri ilə qatılsın.
"Belə tədbirin hər il keçirilməsi olduqca əlamətdardır. Simpoziumda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə mübadiləsi deməkdir. Bunun, digər müsbət cəhəti, həm də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram".
Dünyanın əksər ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini qeyd edib və burada Nəsimi yaradıcılığından bəhrələnərək kamil bir əsər yaradacağına əminliyini ifadə edib.
Digər heykəltəraşlar da ölkəmizdə dördüncü dəfə keçiriləcək tədbirin önəmini vurğulayaraq, əsərlərin insanlar tərəfindən bəyəniləcəyi və simpoziuma tövhə olacağını söyləyiblər.
Qeyd edək ki, "Daşın nəğməsi" adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır





