Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən aktiv istifadə etməsinin vacibliyindən danışıb.
Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu öndərin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir.
Ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən birinin dini radikalizm olduğunu qeyd edən Komitə rəsmisi bunun yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlığın, yad dini ideologiyaların yayılması cəhdlərini göstərib. O, dini ekstremizm və dini radikalizmlə mübarizədə və bu kimi mənfi halların yayılmasında sosial şəbəkələrin roluna toxunub.
Sosial medianın vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biri olduğunu deyib. Sədrin birinci müavini diqqətə çatdırıb ki, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edirlər.
S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür. Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməlidirlər. Sədrin birinci müavini din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və aktivlik nümayiş etdirməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





