Bu kafelərdə sadə çay içənlərə PİS BAXIRLAR - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ARB-TV-nin hazırladığı Bakı bulvarındakı kafelərdə çay içmək istəyən insanların qarşılaşdığı mənzərəni oxucularına təqdim edir:
Azərbaycanlı olasan və çaydan məhrum qalasan. Məkanımız Bakı bulvarıdı. Çay içmək istəyən onlarla insan və hər yerdə eşitdikləri eyni cavab: bizdə sadə çay verilmir. Bəli, bu kafe-restoranlarda verilən çay sadə deyil. Burada verilən çayın rəqqasəsi, masajçısı, xidmətçisi var. Təklif edilən çayın qiymətini eşitdikdə insanda təxminən bu fikir yaranır yəni.
Sakin: "2 manat cibimizdə pul olur sadə çay istəyirik, vermirlər. Deyirlər sadə çay 5 manatdı, əgər mürəbbə ilə istəyirsənsə, 10 manat".
Sakin: "Ümumiyyətlə burada adi çay vermirlər, bir dənə çay içmək istəyirsənsə dəstgahla içməlisən".
Sakin: "Qonaq gəlmişik. Girdik kafelərdən birinə, bizə çay vermədiklər. Təklif elədilər ki, ya yemək yeməlisiz, ya da podnisdə 50 cür mürəbbə gətirmişdi ondan çay dəstgahından. Biz istəmədik, çay davermədilər".
Ən zəif çay dəstgahının qiyməti 10 manatdan başlayır, 25-30 manata qədər yüksəlir. Müştəri kimi görüb yaxınlaşan əməkdaş sadə çay istədiyini anladıqda üz ifadəsi dəyişir və sən də özünü ucuz müştəri gözündə görüb kənarlaşırsan. Soruşan da ki, niyə sadə çay verilmir, aldığın cavab da maraqlı olur.
Kafe admistrator: "Normalda biz axşam tərəfi sadə çay vermirik. Çünki masalarımızın sayı az qalır. Canlı musiqimiz olur. Axşam vaxtı gəlir 5-6 nəfər qaqaş oturur. Deyir qardaş mənə 3 manatlıq çay ver. Sərf eləmir açığı. Mən bu boyda külfət işlədirəm. Mənim çox rasxodum var. Ofsiantların, aşbazların maaşı.... Həm gedin baxın hansı kafedə 5-6 nəfərə sadə çay verilər? Heçkim vermir, çünki sərf eləmir. 2 nəfər gəlsin verək. Amma 5-6 nəfər oturur əxlaqsız hərəkətlər edir, o da bizi narahat edir. Müdriyyətlə danışmışıq ki, mümkün qədər axşam kişilərə ümumiyyətlə sadə çay verməyək".
Bəli, Bakı bulvarında təxmini mənzərə belədi. Sadə çay deyəndə obyektiv və ya subyektiv səbəblərdən sənə əlavə yer zəbt eləmiş biri kimi baxırlar.
Mütəxəssislər isə başqa fikirdədir. Yerli vətəndaş, xarici qonaq, qadın, kişi, fərq etmir. İctimai iaşə obyekti müştərinin kimliyindən asılı olmayaraq xidməti tam şəkildə göstərməlidi. Əgər hər hansı müştəri digərlərinin istirahətinə mane olursa bunun qarşısı başqa yollarla alınmalıdı. Yəni, necə deyərlər, qurunun oduna yaşı da yandırmaq olmaz. Bu vəziyyət nəticədə bu cür obyektlərin əslində müştəri itirməsinə, turistlərdə mənfi fikir formalaşdırmasına və ən əsası istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.
Müzəffər Ağakərimov - Turizm Assosiasiyası sədrinin müşaviri: "Çayxanalarda turistlərin qəbulunda çatışmamazlıqlar var, nöqsanlar var. Bu nöqsanlar ondan ibarətdir ki, onlar çayxanalara gələndə onlara çay dəstgahı adı ilə 20-30, bəzəndə daha yüksək qiymətlərlə onlara xidmət göstərirlər. Bu məsələ artıq uzun illərdir ki, gündəmdədir. Bu tək turistlərlə bağlı deyil. İctimai iaşə müəssisələri xidmət səviyyəsini qaldırmaqla süni qiymət artımına yol verməməlidirlər".
Dənizkənarı Bulvar İdarəsindən isə bildirildi ki, milli parkın ərazisində fəaliyyyət göstərən obyektlər əslində ayrı-ayrı sahibkarlara məxsusdur və idarə həmin şəxslərin qiymət siyasətinə birbaşa müdaxilə etmək səlahiyyətində deyil. Qurumun mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızının sözlərinə görə, bulvar idarəsi sadəcə icarədarlara insanları narazı sala biləcək məqamlara yol verməməyi tövsiyyə edə bilər. Onu da deyək ki, danışılan vəziyyətin yeganə məkanı bulvar ərazisi deyil. Tarqovı kimi tanıdığımız Nizami küçəsi və bənzər məkanlarda da eyni cavabla qarşılaşa bilərsiniz: sadə çay verilmir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
XƏBƏR LENTİ
-
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib





