Ölkə

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı

15 Avqust 2019 13:27
1 Şərh     Baxış: 2 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.