Ölkə

"Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb, öz körpəsini isə..." - Həbsxanada övlad böyüdən analar - VİDEO

18 İyul 2019 12:48
1 Şərh     Baxış: 5 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai televiziya cəzaçəkmə müəssisələrində övlad böyüdən qadın məhkumlarla bağlı reportaj hazırlayıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Gülüş Fətəliyeva törətdiyi əməlindən peşmanlıq hissi yaşadığını bildirir. O bildirir ki, həyat yoldaşının birinci arvadı övladını döydüyü üçün onu qətlə yetirib. Gülüş üçüncü övladını cəzaçəkmə müəssisəsində dünyaya gətirib.

9 il həbs cəzası alan qadın həm də digər iki övladından ayrı düşüb. Oğlu Yusifin 3 yaşı tamam olduqdan sonra anasından ayrılmağa məcbur qalacaq. Çünki qanunla körpənin anası ilə birgə yaşamasına yalnız 3 yaşına kimi icazə verilir.

Digər məhkum Zemfira Bağırzadə də G.Fətəliyeva ilə bənzər  taleyi yaşayıb. O bildirir ki, həbs olunarkən hamilə olub. Buna görə də o, övladını həbsxanada dünyaya gətirib. Hazırda 1 yaş yarımlıq olan övladı onunla yaşayır. Övladının evə getməyinə 7 ay qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.