Ölkə

Polis Bakıda kafedə işləyən iki yeniyetmə qızı axtarır

18 İyul 2019 09:54
0 Şərh     Baxış: 2 340

Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.