Ölkə

Məşhur azərbaycanlı cütlük Göy-Göldə doluya düşdü: bu da həmin kadrlar - VİDEO

12 İyul 2019 21:14
5 Şərh     Baxış: 20 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Günay və Zaur Baxşəliyevlər Göy-Göl rayonunda təbiətin şıltaqlığı ilə qarşılaşıblar.

Milli.Az xəbər verir ki, cütlük maşınla rayon ərazisində yol getdikləri zaman göydən buz yağıb. Dolunun şiddətini artırdığını görən Zaur məcburiyyətdən avtomobili yol kənarında saxlayaraq gözləməli olub.

Bu da həmin kadrlar:

Xatırladaq ki, Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.