Generallar Rusiya ilə sərhəddəki buraxılış məntəqəsində - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 7-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.
Milli.Az DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi öyrənilib.

"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələr verilib.

Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.
Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bu körpü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq





