Ölkə

Anar Bağırov: "Azərbaycanda vəkilliyə kifayət qədər böyük maraq var"

31 May 2019 13:53
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəkillər Kollegiyasında son 6 ay ərzində 2 dəfə imtahan keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, imtahanlar mütəmadi olaraq davam etdirilir:

"Sentyabr ayında yenidən imtahan olacaq. Ola bilsin ki, ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib vəkil olmaq istəyir. İmtahanlar şəffaf və asan keçir. Biz istəyirik ki, daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi var ki, o da vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.