Ölkə

FHN-dən xəbərdarlıq: şinləri tonqala atmaq olmaz

19 Mart 2019 13:25
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz. Bu, ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, yanğın təhlükəsi də yaradır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

"Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tövsiyə olunur ki, vətəndaşlarımız tonqal yandıran zaman avtomobil şinlərindən yox, odun materiallardan istifadə etsinlər. Onun söndürülməsi də asandır. Tonqal qalanmazdan əvvəl vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır", - o bildirib.

Qeyd edək ki, martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.