Bakı metrosunda fərqli ab-hava - Retro vaqonlar, kosa, keçəl, hədiyyələr olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Novruz bayramı "Bakı Metropoliteni" QSC-nin artıq ənənə halını almış sosial layihələri sırasına daha iki mühüm yenilik gətirəcək.
Qurumdan Milli.Az-a verilən məlumata görə, dörd stansiyada təşkil ediləcək simli kvartetin və milli muğam üçlüyünün ifasında səsləndiriləcək ənənəvi proqramdan savayı, sərnişinlər elektron musiqinin sədalarını da eşidə biləcəklər. "İçərişəhər" stansiyasında Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə iki saat ərzində sərnişinlərə ürəkaçan musiqi parçaları təqdim edəcək.
Bayram günlərinin ən əsas yeniliyi mart ayının 19-20-də "İçərişəhər" stansiyasında təşkil ediləcək ikigünlük Novruz şənliyi olacaq.
Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.
Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.
"Bakı Metropoliteni" QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.
Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək.
"Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq.
Onu da əlavə edək ki, bayram günlərində "Bakı Metropoliteni" QSC bir neçə stansiyada artıq ənənə halını almış milli muğam üçlüyü və simli kvartetin ifasında konsert proqramlarını da təqdim edəcək.
Zərif Nisə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi





