Bakı Ali Neft Məktəbi Qara Dəniz Universitetlər Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi, prof. Eden Mamut, Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinin (SDSN) Qara Dəniz bölməsinin sədri, Saloniki Aristotel Universitetinin professoru Nikolaos Teodosiou və Ruminiyanın sabiq baş naziri Petre Roman ilə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti arasında görüş keçirilib. Görüşdə həmçinin Moldova Texniki Universitetinin rektoru prof. Viorel Bostan və Ukraynanın Zaporojye Milli Texniki Universitetinin rektoru prof.Sergiy Byelikov da iştirak ediblər.
Milli.Az xəbər verir ki, qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov onlara Ali Məktəbin fəaliyyət istiqamətləri, ixtisasları, professor-müəllim heyəti və tələbələri haqqında geniş məlumat verib. Ali Məktəbin yerli və transmilli şirkətlərlə, o cümlədən bir çox beynəlxalq universitetlərlə yaxın əməkdaşlıq etdiyini bildirən rektor hazırda Erasmus+ və digər beynəlxalq proqramlar çərçivəsində tələbə, eləcə də müəllimlər arasında Avropanın tanınmış universitetləri ilə mübadilə aparıldığını söyləyib.
Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi, prof. Eden Mamut qonaqpərvərliyə görə rektora təşəkkür edərək bildirib ki, BANM-a səfərlərinin əsas məqsədi Qara Dəniz Universitetlər Şəbəkəsilə Ali Məktəbin əməkdaşlığının yeni inkişaf istiqamətlərini müəyyən etdirməkdir.
Görüşdə digər universitetlərdən gələn rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlmat verib və BANM ilə tələbə-müəllim mübadiləsi, birgə layihələr üzərində işləməyə açıq olduqlarını bildiriblər.
Müzakirələr zamanı BANM-ın Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinə üzv olması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün Ali Məktəbdə mərkəz yaratmaq məsələləri müzakirə olunub.
Görüşdə həmçinin BANM-da Erasmus+ proqramı çərçivəsində təhsil alan 3 nəfər Moldova və 1 nəfər Rumınıyadan olan tələbələr də iştirak edib və qonaqlarla tanış olublar.
Ali Məktəbdə olarkən qonaqlar həm də kampus ətrafına tur edərək buradakı infrastrukturla yaxından tanış olublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





